Beyləqanda 17 min əhalinin istifadə etdiyi yolun asfaltlanmasına başlanılıb. Bu haqda iyunun 24-də Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi məlumat paylaşıb.
Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Daha sonra üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, kilometr göstəriciləri quraşdırılacaq.
Qeyd edək ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni 6 metr təşkil edir.
[URIS id=55805]