Beyləqanın Qəhrəmanlı kəndində yaşayan şəhid anasını söyən müəllim həbs edilib. Bu haqda iyunun 11-də Xəzər Xəbər TV məlumat paylaşıb.
Şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı söyüşlərlə təhqir edən müəllim iyunun 10-da 7 gün müddətinə azadlıqdan məhrum edilib. Səbinə Cəfərova ilə Turan Hətəmov arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub.
Həbs edilən şəxs əslən Füzuli rayonundandır. O, Beyləqanın Qəhrəmanlı kəndindəki Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi kimi çalışır.
Məhkəmə prosesində T.Hətəmov psixoloji problemlərinə görə tez-tez psixotrop həblər qəbul etdiyini söyləyib.