Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolu yenidən qurulur. Bu barədə mayın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
7 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun uzunluğu 36 kilometrdir. Yenidənqurma işləri hazırda uzunluğu 8 kilometr olan Allahyarlı yolu istiqamətində aparılır.
“Yenidənqurma işləri 17 min əhalinin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəliş təmin edəcək və kənd təsərrüfatının inkişafına şərait yaradacaq”, - deyə bildirilib.