Dələduzluqda təqsirləndirilən iş adamı Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə mayın 6-da Report xəbər verib.
Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
M.Məmmədov “dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham olunurdu və beynəlxalq axtarışa verilmişdi. O, 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulmuş və sentyabr ayında Azərbaycana gətirilmişdi. Sözügedən iş üzrə 90 zərərçəkmiş var. Onların arasında müğənni Vasif Məhərrəmli də yer alır.