Cari ildə Biləsuvar rayonunda 34 min hektar sahədə taxıl səpimi planlaşdırılır. Bu barədə 10 dekabr tarixində Azərtac xəbər verib.
Məlumata görə, ötən il taxıl istehsalçılarına 5,3 milyon manatdan çox subsidiya ödənilib. Fermerlərin builki hədəfi 20 min hektar sahədə buğda, 14 min hektar sahədə isə arpa səpməkdir. Bu günədək 29 min hektar sahədə səpin işləri başa çatıb.
Fermerlərdən birinin sözlərinə görə, oktyabrın 25-də səpin işləri aparılır. Artıq müəyyən suvarma işləri aparılıb. “Son illərdə əsasən “Dəyanətli” sortunu əkirəm. Məhsuldarlığı yüksək olduğuna görə, bu il 20 hektar sahədə əkmişəm”, - deyə fermer Rakif Bayramov bildirib.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il 34 min hektardan çox ərazidə taxıl əkilib, 94 min tona yaxın məhsul yığılıb.