Biləsuvarda elektrik şəbəkəsinin işçisinə xəsarət yetirən şəxs saxlanılıb. Bu barədə dekabrın 10-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində baş verib. Kənd sakini Ə.Rufullayev elektrik şəbəkəsinin işçisinin xuliqanlıq zəminində qol nahiyəsinə kəsici alətlə xəsarət yetirib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Oxşar hadisə bugün Ağdamda da qeydə alınmışdır. Azərişığın əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən abonent tərəfindən bıçaqlanıblar.