“APA”dan dekabrın 9-da verilən məlumata görə, Biləsuvarda Mahmudçala adlanan ərazidə qanunsuz ov edən Biləsuvar rayon sakini saxlanılıb.
Ondan qanunsuz olaraq ovladığı 7 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 50 ədəd patron və digər ov alətləri aşkarlanıb.