Ölkəyə gizli yolla gətirilmiş külli miqdarda narkotik vasitə və həblərin satışını təşkil etmək istəyən şəxslər saxlanılıb. Bu haqda oktyabrın 22-də DİN xəbər yayıb.
Belə ki, Biləsuvarda saxlanılan həmin şəxslərdən 8 kiloqramdan artıq narkotik vasitə və 2 200 ədəd həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Nəticədə Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan Rayon sakini Ayaz Əliyev saxlanılıblar.