Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur. Bu barədə iyunun 1-də AAYDA xəbər verib.
Avtomobil yolunun uzunluğu 11 kilometr təşkil edir, eni isə 6 metrdir. Bu yoldan 4 yaşayış məntəqəsinin 19 mindən çox əhalisi istifadə edir.
Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balhari çayı üzərində 2 ədəd suötürücü qurğu tikilib.
[URIS id=51058]