Biləsuvarda 65 yaşlı kişi iyunun 2-də kanalizasiya quyusunda qazdan boğularaq ölüb. Bu haqda APA məlumat yayıb.
Belə ki, iki nəfər iş görmək üçün kanalizasiya quyusuna düşmüşdü. Onlardan biri, 1957-ci il təvəllüdlü kişi qazdan boğulub. Zəhərlənən digər şəxs isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.