Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə iyunun 24-də Report məlumat verib.
Bəhramtəpə-Biləsuvar avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində iki minik avtomobili toqquşub. Hadisə zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Onlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.