Biləsuvarda güclü yağış bəzi əraziləri işıqsız qoyub. Bu haqda İnsanoid oktyabrın 24-də Report-a istinadən xəbər yayır.
Aramsız leysan şəhərin elektrik təsərrüfatında fasilələrə səbəb olub. Belə ki, şəhərin bir hissəsini enerji ilə təmin edən 4 saylı elektrik xəttində kəsilmələr qeydə alınıb.
Həmçinin rayonun bəzi kəndlərində də elektrik enerjisi fasilələrlə verilib.