Biləsuvarda narkotikin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə iyunun 14-də Trend məlumat yayıb.
Ümumi 2 kiloqramdan artıq narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb. Əməliyyat nəticəsində Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov saxlanılıblar.
Həmin şəxslər Biləsuvara xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotiki götürmək üçün gəliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ilin əvvəlindən indiyə kimi Biləsuvarda narkotiklərlə bağlı 85 fakt aşkarlanıb, qanunsuz dövriyyədən 73 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.