Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti müəyyən edilib. Bu haqda iyunun 16-da Report məlumat yayıb.
Hadisə iyunun 14-ü saat 21:00 radələrində Əsgərabad kəndində baş verib. İki avtomobilin toqquşması nəticəsində sərnişin xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı qəzanın İkinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil olan Ziya Kazımov tərəfindən törədilməsi müəyyən olunub.