Biləsuvar rayonunda külək nəticəsində uşaq bağçasında bədbəxt hadisə baş verib və nəticədə 4 yaşlı uşaq ağır xəsarət alıb. Bu barədə 1 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə iyunun 29-da Biləsuvar rayon Əliabad kənd uşaq bağçasında baş verib.
Belə ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı 4 yaşlı uşağın başına dəyib və alın nahiyəsini yaralayıb. Nəticədə uşaq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim işdə olmayıb.
Bildirilib ki, hazırda uşağın vəziyyəti normaldır.
Qeyd olunub ki, bağçanın müdiri bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün əmək intizamı tənbehinə cəlb edilib.