Köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qəzaya uğrayan yük avtomobili yolun kənarında qalıb. Bu haqda mayın 11-də Report məlumat verib.
Belarus vətəndaşının "DAF" markalı yük avtomobili mayın 10-da hərəkətdə olarkən yolun kənarına aşıb. İki gün ərzində yüklə dolu avtomobili hadisə yerindən kənarlaşdırmaq mümkün olmayıb.
Faktla bağlı araşdırma davam edir.