Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb. Bu barədə mayın 25-də Report məlumat yayıb.
Mayın 23-də Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisində hərəkətdə olan traktor yoldan çıxaraq aşıb. Traktorçu N. Hümbətov və onun sərnişini, 1998-ci il təvəllüdlü Yaşar Quliyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, Yaşar Quliyevin həyatını xilas etmək mümkün olmayıb.