Biləsuvarın İsmətli kəndində 62 ildir ki, sakinlərə xidmət edən körpü qəzalı vəziyyətdədir. Bu haqda iyunun 11-də Report məlumat yayıb.
Körpü “Vetka-3” deyilən su kanalı üzərindən keçir.
Sakinlərin aidiyyəti qurumlara müraciətindən bir ildən çox vaxt keçsə də, körpünün düzəlməsi ilə bağlı heç bir işlər görülməyib.
Biləsuvar rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sözügedən körpü idarənin balansında deyil. Körpünün təmirinə və üzərindəki hidrotexniki qurğunun bərpasına “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icazə verilməlidir.