Binə qəsəbəsində evdən oğurluq olub. Bu barədə 29 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bir evin həyətindən 10 000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.
Araşdırma aparılır.