Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğından 7 il ötür. Hadisə nəticəsində 15 nəfər həlak olub, 64 nəfər isə yaralanıb.
Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib. Belə üzlüklərin vurulmasının məqsədi SSRİ dönəmində inşa edilən tikililərə yeni görkəm qazandırılması olub.
Fakt üzrə cinayət işi açılmışdır. Hadisə ilə bağlı “Qlobal Stone” MMC-nin, “Global Construction” MMC-nin, rayon icra hakimiyyətinin və mənzil-kommunal istismar sahəsinin rəsmiləri həbs edilmişdir.
[playlist type="video" tracklist="false" ids="49150"]