Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb. Bu haqda mayın 17-də APA xəbər yayıb.
Hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb. Mağazanın satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur, 1997-ci il təvəllüdlü Əliyev Fikrət və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıblar. Hər üç yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
İnsidentlə əlaqədar iki nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.