Azərbaycan ordusunun antiterror tədbirləri zamanı şəhid olan hərbçimiz Səbuhi Əliyevin əkiz qızları dünyaya gəlib. Bu barədə 27 sentyabr tarixində Unikal.az məlumat verib.
"Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyi məlumat yayıb.
Bununla şəhidimizin özündən sonra 4 övladı yadigar qalıb.
Qeyd edək ki, Səbuhi Əliyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub və 1 həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.