Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İbrahim Vəliyevin meyitinin qalıqları İmişli rayonunda dəfn edilib. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Onun nəşindən qalanlar İmişli rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1924-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.