Birinci siniflərə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Bu haqda mayın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
İnternet resurslarına çıxış imkanı olmayanlar aidiyyəti ərazi üzrə ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Valideynlər mərkəzlərə müraciət edərkən övladlarını özləri ilə aparmalarına ehtiyac yoxdur.
Alternativ qeydiyyat mərkəzləri həm də “WhatsApp” nömrələr (051-543-15-77, 051-563-15-77, 051-546-15-77) vasitəsilə təşkil olunur. Müraciətlər həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər qəbul edilir.