BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər. Bu barədə 14 mart tarixində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov öz Twitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərildi və gələcək inkişaf planı haqqında məlumat verildi.
#BMT-in Ətraf Mühit Proqramının ekspertləri #Qarabağ'a #səfər ediblər. Səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərildi və gələcək #inkişaf planı haqqında məlumat verildi. pic.twitter.com/QLJZHjBPLO
— Emin Huseynov (@Emin_H_official) March 14, 2022