top
BMT Təhlükəsizlik Şurasının Qarabağa həsr olunmuş iclası yekunlaşıb - YENİLƏNİB
21 sentyabr 2023, 12:32
- ↺ +

BMT Təhlükəsizlik Şurasının Qarabağa həsr olunmuş iclası yekunlaşıb - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.

BMT Təhlükəsizlik Şurasının iclasında Birləşmiş Krallıq, Birləşmiş Ştatlar və İsveçrənin nümayəndələri tərəfindən Qarabağda atəşkəsi və Yevlax şəhərində əldə olunan razılığı alqışlayıb və təqdirəlayiq olduğunu bildiriblər.

Birləşmiş Ştatların nümayəndəsi də Qarabağdakı hadisələrlə bağlı narahatlığını bildirib. Əməliyyatların dayandırılmasını müsbət qiymətləndirib. Nümayəndə qeyd edib ki, Azərbaycan mülki şəxslərin qorunmasının vacibliyini bildirib. O, həmçinin Qarabağdakı erməniəsilli şəxslərə çatdırılan humanitar yardımın vacibliyinə də toxunub.

Rusiya Federasiyasının nümayəndəsini birinci müavini Dmitri Polyanski baş verən hadisələr barəsində öz təəssüfünü bildirib. Qarabağda 21 sentyabr tarixində atəşkəsin əldə olunması, yerli əhali ilə Azərbaycan hökuməti arasında aparılan danışıqları uğurlu addım kimi qeyd edib.

Ceyhun Bayramov:

“Ermənistanın şuraya müraciəti Azərbaycanın öz ərazisində keçirdiyi antiterror əməliyyatla əlaqədardır. Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır”.

Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postunun ələ keçirildiyini, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sisteminin zərərsizləşdirildiyini bildirən nazir deyib:

“Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz.

Etnik erməni sakinlər bizim sülhsevər birgəyaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”.

[caption id="attachment_131777" align="alignnone" width="696"]BMT Türkiyə Azərbaycan Foto açıq mənbədən[/caption]

Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar : Sülh prosesinin Ermənistanla birgə əldə olunması vacibdir. Davamlı şəkildə yalan yanlış məlumatlar yayaraq sülh və sabitliyin qurulması mümkün deyil. O, əlavə edib ki, hər kəsin bildiyi kimi Qarabağ Azərbaycan ərazisidir, bunun başqa statusu qəbulolunmazdır.

BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı antiterror tədbirləri müzakirə olunur 23:32

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Bu barədə İnsanoid bu gün, 21 sentyabr tarixində xəbər verir.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Bu gün, 12:59

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Bu gün, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Bu gün, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Bu gün, 12:25

Şagirdlərin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Bu gün, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Bu gün, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Oxşar xəbərlər