Bakıda sıxlıq səbəbindən bəzi avtobuslar gecikmə ilə hərəkət edir. Bu barədə iyunun 21-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektindəki sıxlıq səbəbindən 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli avtobusların intervalında gecikmələr var.
Avtobuslar ümumilikdə 10-12 dəqiqə gecikmə ilə hərəkət edirlər. Bununla əlaqədar dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunur.