Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində müşahidə edilən sıxlığa görə bir sıra avtobus gecikmə ilə hərəkət edir. Bu barədə iyunun 29-da Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli avtobusların hərəkət intervalında 16-20 dəqiqə ləngimə var.