Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayıb. Bu barədə 2 iyul tarixində Trend məlumat verib.
Məlumata əsasən, təbii qaz Mea Mesimvriya müvəqqəti tədarük məntəqəsi vasitəsilə Bolqarıstana nəql olunacaq.
Qeyd edək ki, cari ilin sentyabr ayından Azərbaycan qazının Bolqarıstana Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ötürülməsi nəzərdə tutulub.