Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq. Bu barədə 4 iyun tarixində Azərbaycan Cüdo Federasiyası məlumat verib.
Məlumata əsasən, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən başlayacaqlar.
81 kq çəkidə yer alan cüdoçulara gəldikdə isə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbi ilə, Elcan Hacıyev isə qırğızıstanlı Vladimir Zoloyevlə üzləşəcək.
Qeyd olunub ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kiloqram çəkidə yarışan cüdoçümuz Turan Bayramov bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yerdə qərarlaşıblar.