Sabah, iyunun 3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək. Bu barədə 1 iyun tarixində Azərbaycan Cüdo Federasiyasının Facebook səhifəsində məlumat verilib.
Turnirdə ölkəmizi 10 idmançı təmsil edəcək. Bunlar Rövşən Əliyev, Turan Bayramov (-60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (-66 kq), Telman Vəliyev (-73 kq), Elcan Hacıyev, Zelim Tckayev (-81 kq), Murad Fətiyev (-90 kq), Aişə Qurbanlı və Şəfəq Həmidovadır (-48 kq).
Qeyd edək ki, turnir iyunun 5-nə kimi davam edəcək.