Böyük Britaniya regionda minatəmizləmə fəaliyyəti üçün əlavə 500 min funt sterlinq ayırıb. Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter hesabında məlumat verib.
“İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”, - deyə səfir bildirib.
C.Şarp, həmçinin qeyd edib ki, Britaniya artıq regionun minalardan təmizlənməsinə 1 milyon funt sterlinqdən çox vəsait ayırıb.
Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik.?? XİN regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait @ANAMA_gov_az-a mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək. pic.twitter.com/ZyHWQYzAd6
— James Sharp (@JamesSharpFCDO) June 30, 2022