Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aİ şurasının rəhbəri Şarl Mişel iki ölkə lideri ilə görüşdən sonra bəyanat yayıb. Bəyanata əsasən:
- Yaxın günlərdə Azərbaycan-Ermənistan sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək;
- Tərəflər Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan tranzit keçməklə, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar;
- Liderlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər;
- Aİ hər iki tərəflə birlikdə İqtisadi Məsləhət Qrupunun fəaliyyətini təşviq edəcək.
Şarl Mişel analoji görüşün iyul-avqust aylarında keçirilməsinin planlaşdırıldığını da bildirib.