Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 27 505,2 min ton neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çoxdur. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 oktyabr tarixlı hesabatında əks olunub.
Nəqletmənin 78,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 21 688,4 min ton neft ötürülüb.
Hesabat dövrü ərzində BTC kəməri ilə 3 580,3 min ton tranzit nefti də (illik müqayisədə 42% çoxdur) nəql edilib.