Bu gün, mayın 21-də III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (I cəhd) keçiriləcək. Məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. İştirakçıların sayının 21 521 olacağı nəzərdə tutulub.
Qiymətləndirilmə saat 11:00-da başlanacaq.