İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq.
Azərbaycanın əksər rayonlarında, əsasən, yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacaq.