Abşeronun iki qəsəbəsində su kəsiləcək. Bu haqda mayın 17-də "Azərsu” ASC məlumat yayıb.
Səbəb magistral su xəttində baş verən qəzadır. Gün ərzində Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.