30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur. Bu barədə İnsanoid bu gün, 29 iyun tarixində xəbər verir.
Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub.
2004-cü ildən Azərbaycanda Sevgililər Günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli olsa da, əbədi məhəbbət və sədaqət rəmzi kimi qəlblərdə yaşayır.