Cəbrayıl 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində azad olundu. Həmin tarixdə Azərbaycan Ordusu şəhərlə yanaşı, Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndlərini işğaldan azad etdi.
Azərbaycan Ordusu Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 80 kəndi işğaldan azad etmişdir.
2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyi Azərbaycanın nəzarətinə keçmişdir.