Müzəffər Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatı nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi həmin ilin 9 oktyabr tarixində işğaldan azad olunmuşdur.
9 oktyabr 2020-ci ildə ermənilər tərəfindən işğal olunmuş 9 yaşayış məntəqəsi azad edilmişdir. Həmin gün Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı, Sur kəndi, Tərtər rayonunun Çaylı kəndi, Füzuli rayonunun Yuxarı Güzlək və Gorazıllı kəndləri, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri də düşmən işğalından azad edilmişdir.
5 may 2023-cü ildə Prezident İlham Əliyev Xocavəndin Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.