Mayın 9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.