Bu gün, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Türkiyə Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüş Türkiyənin Rizə şəhərində baş tutacaq. Ölkə başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.