Bu gün, iyunun 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından bir il ötür.
Azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan avtomobil Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü və Kəlbəcər Rayon İcra Hakimiyyətinin rəsmisi Arif Əliyev həlak olub. Xəsarət alanların sayı 4 nəfər təşkil edib.
Media nümayəndələri vəfat etdiklərindən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.