Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq. Bu barədə 4 oktyabr tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatında müvəqqəti fasilə təmir işləri ilə bağlıdır.