Bu gün Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Cıdır düzündə baş tutan tədbirin açılış mərasimində Azərbaycanın və xarici ölkələrin müxtəlif folklor kollektivləri çıxış ediblər.
***
09:21
Bu gün, mayın 12-də mədəniyyət paytaxtımız olan Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayacaq. Tədbir haqda məlumat Facebook-da paylaşılıb.
Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə keçirilən festival mayın 14-dək davam edəcək.
Keçiriləcək sayca 5-ci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri iştirak edəcək. Həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin çıxış etməsi nəzərdə tutulub.