Bu gün, mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır.
Tədbir 4 gün, mayın 29-dək davam edəcək. Festivalda 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır. Artıq 45 mindən çox ziyarətçi qeydiyyatdan keçib. Tədbirdə iştirak üçün 32 ölkədən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə, 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Qeyd edək ki, “TEKNOFEST” 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə olaraq xaricdə - Azərbaycanda təşkil olunur. Festival "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək.