28 may tarixi üzrə “Teknofest Azərbaycan”a bilet əldə etmiş izləyicilər festivala saat 20:30-dan sonra qatıla biləcəklər. Bu barədə 28 may tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.
Bu gün festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı planlaşdırılır.