1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda 14 yaşınadək olan uşaqlar əhalinin 20%-ni (2 260 800 uşaq) təşkil edir.
Bayramla əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək. Həmçinin Bakı metrosunun “İçərişəhər” metrostansiyasında azyaşlı sərnişinlər üçün saat 12:00-da şou proqram təşkil olunacaq.
Eyni zamanda, bu gün saat 15:00-dan 18:00-dək Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək. Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq.
Qeyd edək ki, Uşaqların Müdafiəsi Gününün keçirilməsi haqqında qərar 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunub. 2009-cu ildə isə Azərbaycanda “Uşaq ili” elan edilmişdi.