Bu gün Yevlaxda Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə İnsanoid bu gün, 21 sentyabr tarixində xəbər verir.
Saat 13:00-da baş tutacaq görüşdə Qarabağın erməni sakinləri və rəsmi Bakı nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı və reinteqrasiya məsələləri müzakirə ediləcək.