Bu gün, iyunun 1-də gecə saatlarında paytaxtın İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri bağlanacaq. Bu haqda Report Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən məlumat verib.
Sözügedən yollarda hərəkət Formula 1 üzrə Azərbaycan Qran-prisinə görə təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbindən məhdudlaşdırılacaq.
DYP Formula 1-lə bağlı alternativ yollar təqdim edib.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.